9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Qırğızıstan qarşılıqlı olaraq ticarət evləri açacaq

Azərbaycan Qırğızıstanın paytaxtı Bişkekdə, Qırğızıstan isə Bakıda ticarət evlərinin açılması imkanlarını araşdırır.

Bu barədə iki ölkənin prezidentlərinin bu gün Bakıda keçirdiyi görüşdən sonra imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində bildirilir.

Sənəddə sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasının, ikitərəfli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün tədbirlər görülməsinin, iki ölkə arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub, həmçinin işgüzar dairələr, ticarət və sənaye palataları, sahəvi assosiasiyalar, sahibkarlıq birlikləri səviyyəsində birbaşa əlaqələrə dəstək ifadə edilib.

“Tərəflər iqtisadi əməkdaşlıq baxımından qarşılıqlı sərmayələrin mühüm amillərdən olduğunu qeyd edərək, qarşılqlı maraq kəsb edən sahələrdə sərmayələri dəstəkləməyə, qorumağa, təşviq etməyə hazır olduqlarını bildirirlər” – deyə sənəddə qeyd olunub. Həmçinin enerji, aqrar sənaye, infrastruktur kimi sahələrdə iri və strateji əhəmiyyətli layihələrin icrası vasitəsilə sərmayə əməkdaşlığı daha da inkişaf etdirməyin vacibliyi vurğulanıb.

Bununla yanaşı “yaşıl iqtisadiyyat”ın inkişafı, o cümlədən bərpa olunan enerji mənbələri, orqanik məhsul istehsalı, ekoloji turizm kimi sahələrdə investisiya layihələrinin icrasına hazırlıq da ifadə olunub.

Son xəbərlər
Digər xəbərlər