17 C
Baku
Monday, May 6, 2024

Azərbaycan və Türkiyə arasında iynəyarpaqlı oduncaqlardan hazırlanan mallara güzəşt tətbiq ediləcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Banker.az xəbər verir ki, qərar mövcud qanunvericiliyin 2023-cü il 29 aprel tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”a uyğunlaşdırılması məqsədilə hazırlanıb.

İki ölkə arasında iynəyarpaqlı oduncaqlardan hazırlanan mallara güzəşt tətbiq edildiyindən Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər