-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan vətəndaşlarının bu il xaricdə turizmə nə qədər xərclədiyi açıqlandı – Böyük kəsir yaranıb

2021-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23.1% azalaraq 491.1 mln təşkil edib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının açıqladığı göstəricilərə istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalı $367.4 mln (yəni ölkə vətəndaşları xaricə getmiş, pul xərcləmiş) ixracı isə $123.7 mln (xaricilərin ölkəyə gəlib pul xərcləməsi) olmuşdur. Nəticədə, $243.7 mln həcmində kəsir yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38.2% azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $367.4 mln olub. Bunun 88.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (burada, məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər
Digər xəbərlər