7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan vətəndaşlarının Şengen vizası üçün müraciət qaydalarında nə dəyişib?

2020-ci il fevralın 2-də qüvvəyə minmiş Şengen vizası üçün sənədlərin təqdim edilməsi prosedurundakı dəyişikliklərin təfərrüatları məlum olub.

Banker.az Report Agentliyinə istinadən xəbər verir ki, onların bəziləri Azərbaycan vətəndaşlarına da aiddir.

Yeni qaydalara əsasən, Şengen vizasına müraciət edən şəxslər üçün viza rüsumu 80 avro təşkil edəcək.

Amma Avropa İttifaqı və Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, Azərbaycan vətəndaşlarına viza üçün müraciətin baxılması rüsumu dəyişməyib və 35 avro olaraq qalır (yalnız Şengen vizası).

Bununla belə, Şengen vizası üçün sənədlərin yenidən baxılması 80 avro təşkil edəcək.

6-12 yaş arası müraciət edən uşaqlar üçün viza rüsumu bəndi də Azərbaycan vətəndaşlarına şamil olunmur. Beləliklə, yeni qaydalara görə, Şengen vizasına 6-12 yaş arası müraciət edən uşaqlar üçün viza rüsumu 40 avro təşkil edəcəksə, Avropa İttifaqı və Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, 12 yaşına çatmamış azərbaycanlı uşaqlardan yenə də viza rüsumu götürülməyəcək. Şengen vizasına 6 yaşına çatmamış müraciət edən uşaqlardan viza rüsumu isə ümumiyyətlə götürülmür.

Dəyişikliklər həmçinin Şengen vizası üçün müraciət və onun alınması müddətlərində də olub.

Viza müraciətləri planlaşdırılan səfərdən 6 ay əvvəl (dənizçilər olduğu təqdirdə 9 ay), gediş tarixindən 15 gündən gec olmayaraq təqdim edilə bilər.

Qərar adətən 15 gün ərzində verilir, lakin onun maksimal uzadılması standartlaşdırılacaq və 45 günlə məhdudlaşdırılacaq.

Son xəbərlər
Digər xəbərlər