6 C
Baku
Monday, December 16, 2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri və üzvlərinə ₼685 min manat əməkhaqqı ödənilib

Dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2022-ci ildə İdarə Heyətinin sədr və sədrin müavinlərinə təsdiqlənmiş cədvələ uyğun olaraq 685 min manat əmək haqqı ödənib.

Banker.az xəbər verir ki, bu barədə ASCO-nun illik audit hesabatında bildirilir.

Bu, 2021-ci ildə 634 mln. manat idi və illik müqayisədə 2022-ci ildə 8% çoxdur.

ASCO dövlətə məxsusdur, onun İdarə Heyətinin sədri və müavinləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilir.

İdarə Heyətinin sədri Rauf Vəliyevdir və onun 6 müavini var.

ASCO dövlətin mənfəətlə işləyən azsaylı şirkətlərindən biridir. 2022-ci ili 65.44 mln. manat xalis mənfəət əldə edib. 2021-ci ildə 51.79 mln. manat idi. Dövlət şirkətinin balansında 1 yanvar 2023-cü il tarixinə 604.5 mln. manat illərin yığılmış mənfəəti var və son iki ildə dövlət büdcəsinə 15 mln. manat dividend ayırıb.

 

Son xəbərlər
Digər xəbərlər