10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan xammal ixracatçısından aqrar sənaye məhsulların ixracatçısına çevrilə bilər”

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında göstəricilər yaxşıdır və əsas aqrar məhsulları ilə ölkə özünü təmin edir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bu gün keçirilən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası zamanı Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuşda) müzakirəsi zamanı bildirib.

“Amma aqrar məhsullarının emalı sahəsində görüləsi işlərimiz çoxdur: Sovet dövründə böyük aqrar sənaye sektorumuz var idi. Lakin keçmiş iqtisadiyyatın mexanizmləri bir müddət söküldüyünə görə bu sahədə də müəyyən boşluqlar yarandı. Emal müəssisələrimiz ittifaq xarakterli sifarişlərlə işləyirdi. Bu müəssisələrin çoxu fəaliyyətini dayandırdı. Bir müddət kənd təsərrüfatı məhsullarının istehsalının düşdüyü üçün emal müəssisələrinə tələbat olmadı və onlar fəaliyyət istiqamətlərini dəyişdirdilər. Bu gün fermerlərimiz istehsal etdikləri məhsulların bazara çıxarılmasında, onların sənayeləşdirilməsində çətinliklərlə rastlaşırlar. Belə təşəbbüslər çoxdur. Son vaxtlar xeyli aqroparklar, sənayeyönümlü müəssisələr yaradılıb və ixrac potensialımız güclənib. İstəyirik ki, gələcəkdə ölkə kənd təsərrüfatı sahəsində xammal ixracatçısından məhsul ixracatçısına çevrilsin”.

İ.Həbiyev bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası təməl olaraq dəyişmir: “Məsələn, taxıl tarlasında digər təyinatlı tikintinin aparılmasına yol verilməyəcək. Orada taxıl anbarları, müvəqqəti saxlama qurğuları quraşdırıla bilər”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər