9 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan xaricə siqaret ixracını 2 dəfə artırdı – İxracın 53%-i Qırğızıstana edilib

Azərbaycan 2022-ci ildə siqaret istehsalının həcmində mühüm artımlara nail olduqdan sonra ixracı da gücləndirib.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycandan xaricə  633.72 milyon ədəd, yaxud $4 766.7 min dəyərində siqaret satıb.

Bununla da siqaret ixracının miqdar baxımından həcmi 2 dəfə, dəyər baxımdan həcmi isə 2.68 dəfə artmış olub.

Ölkə daxilində siqaretlərin qiymətini fiskal siyasətindəki tətbiq etdiyi əlavə rüsumlarla bahalaşdırıb. Əhalinin böyük əksəriyyətini yerli istehsala yönəldib. Bunun nəticəsində də 2021-c ildə 677.94 mln. manatlıq istehsal həcmi artaraq 768.93 mln. manata yüksəlib. Ölkə ərazisində 13 milyard 299 milyon ədəd siqaret, 276.97 ton həcmində tütün istehsal edilib.

2022-ci ildə Azərbaycan siqareti üçün müştəri çıxan yeni bazarlar Qırğızıstan, Gürcüstan və Çindir.

Qırğızıstan ölkənin ümumi ixracının 53%-ni, yaxud 333 milyon ədəd payı var. Bu da ümumi $2 535.8 min ixrac həcmi deməkdir.

İxrac edilmiş siqaretin 112.78 mln. ədədi ($623.7 min) Omana, 52.8 mln. ədədi Gürcüstana ($492.4 min), 31.77 mln. ədədi ($188.2 min) Çinə ixrac edilib.

Azərbaycan ixrac etdiyi 1 mln. ədəd siqareti 2021-ci ildə $5 617.8-ə şatırdırsa, 2022-ci ildə $7 521.8-ə ixrac edilib.

 

Son xəbərlər
Digər xəbərlər