2026-cı ilin yanvar-may ayında Azərbaycan 528 059.92 ton buğda idxal edib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 118 milyon 987 min ABŞ dolları təşkil edib.
2025-ci ilin ilk 5 ayında isə Azərbaycana 110 milyon 435 min dollar dəyərində 510 430.79 ton buğda idxal edilmişdi.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3.5%, dəyər baxımından isə 8% artıb.






