19 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycan xaricdən siqaret alışını azaldıb, yerli istehsalı isə kəskin artırıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana $13.83 mln. dəyərində 649.7 mln. ədəd siqaret idxal edilib. 2020-ci ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 30.6% və 32% azdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-nın hesabatına əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 12969,8 milyon ədəd papiros və siqaret istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 69% çoxdur.

Komitədən bildirilir ki, 01.12.2021-ci il vəziyyətinə 738,7 milyon ədəd hazır papiros və siqaret ehtiyatı var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər