Azərbaycanda əlvan metal filizlərinin hasilatı 2023-cü ilin ilk ayında yüksəlib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Mis konsentratı illik müqayisədə 20% artaraq 236.3 ton təşkil edib.
Qızıl istehsalı illik müqayisədə 8.7% artaraq 181 kiloqrama, yaxud təqribən 6 384.6 unsiyaya yüksəlib. Hazırda qızılın dünya bazarında spot qiyməti 1 unsiyası 1 830-1 860 ABŞ dolları dəyərindədir ki, bu həcm 11 milyon 748 min ABŞ dollarında dəyər deməkdir.
Gümüş istehsalı isə 7.6% artaraq 308.7 kiloqrama yüksəlib.
2023-cü ilin yanvar ayında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq ayına nisbətən, faizlə | 01.02.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı | |
Mis konsentratı, ton | 236,3 | 120,0 | 293,7 |
Qızıl, kq | 181,4 | 108,7 | 194,0 |
Gümüş, kq | 308,7 | 107,6 | 331,6 |