10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan yapon yeninin ucuzlaşmasından niyə “narahat” olmalıdır?

Hazırda Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli bir sıra risklər ortaya çıxıb, əksər enerji daşıyıcısı idxal edən ölkələrdə inflyasiya kəskin şəkildə artıb. Böhranda hazırda hələ ki, dəyər qazanan ehtiyat limanı sayılan ABŞ dollarıdır.

Banker.az olaraq bu dəfə qlobal birjalarda gedən proseslərin Azərbaycanın suveren fondu ARDNF-in risksiz aktivləri sayılan daşınmaz əmlaklarının dəyərinə nə qədər təsir edə biləcəyini araşdırdıq.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən ilin əvvəli açıqlamışdı ki, 1 milyard 784.53 milyon manat dəyərində daşınmaz əmlaklara sahibdir. Fond bu müharibə ilə bağlı açıqlama da vermişdi.

Fondun 2021-ci ilin 1 yanvarına görə, ARDNF-in daşınmaz əmlakları aşağıdakı dəyərdə idi:

  • “Kirarito Ginza” , Tokio – 960.19 milyon AZN (564.82 mln. USD)
  • “78 St James Street”, London – 378.60 milyon AZN (222.71 mln. USD)
  • “SCI 8 Place Vendome”, Paris – 376.60 milyon AZN (221.53 mln. USD)
  • “Gallery Actor”, Moskva – 69.14 milyon AZN (40.67 mln. USD)

 

TOKİODAKI ƏMLAK

ARDNF-in ən bahalı daşınmaz əmlakı Yaponiyadadır. Tokioda yerləşən “Kirarito Ginza” ticarət mərkəzinin qiyməti ötən ilin əvvəli 960.19 milyon manat, yaxud 564.8 milyon ABŞ dolları təşkil edirdi. 2021-ci ilin ilk rübündə bu əmlakın icarədən gəlirinin həcmi 3.81 mln. ABŞ dolları təşkil etmişdi.

Yen ABŞ dollarına və dollarla korrelyasiya olan (1.7 sabit məzənnədədir) manata qarşı ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrinə əsasən yapon yeni manata qarşı ARDNF-in təqdim etdiyi əmlak qiymətləri zamanından bu tərəfə 13% ucuzlaşma yaşayıb.

Pandemiyaya rəğmən, ABŞ valyutasına güclü müqavimət göstərən yapon yeni son hadisələrdə Yaponiya Mərkəzi Bankının yumşaq monetar siyasəti nəticəsində ucuzlaşmaqdadır. USD/JPY cütlüyünün dəyəri 2022-ci ildə artıq 7 illin ən yüksək zirvəsinə gəlib çatıb. Hazırda bu cütlük 122-125 arasında dəyişir. Ölkədə inflyasiya 0.9%-ə yüksəlib. Bütün bunlara fonunda Yaponiya Mərkəzi Bankı ucuz yenin tərəfdarıdır və faizləri 2016-cı ildən bu tərəfə sıfırın altında 0.10% də saxlayıb. Mərkəzi bank rəhbəri isə faizləri əksinə hətta endirəcəyi ilə bağlı siqnal da verib. Lakin, bu da vurğulanmalıdır ki, Yaponiya Rusiya, Hindistan, Türkiyə iqtisadiyyatlarından fərqli və daha güclüdür. Şərqi Asiya ölkəsinin valyutasının məzənnəsi ABŞ dollarına qarşı dəfələrlə ucuzlaşıb, sonradan həmin məzənnəyə qayıda bilib.

Beləliklə, yeni hesablamalara görə, Tokiodakı əmlakın dəyəri 564.82 mln ABŞ dollarından 500 dolların altına qədər, hətta 480 mln. ABŞ dolları dəyərinə qədər ucuzlaşa bilər. Bu hesablamada həmin ölkədəki daşınmaz əmlakın qiymətlərindəki artma indeksləri də nəzərə alınır.

Yeri gəlmişkən, ARDNF 2015-ci ildə bu ticarət mərkəzini alanda onun dəyəri dollarla ifadədə 435 mln. dollar ətrafında idi.

42423

LONDON

ARDNF-in Londonun “78 St James Street”də 378.60 milyon manatlıq əmlakı var. Bu əmlak ötən ilki açıqlanan hesabatda daha çox dəyər qazanan əmlaklar sırasında idi. Fondun daşınmza əmlak portfelində ikinci dəyərli olan bu bina öncəki il ədalətli dəyərləndirməyə görə 329.79 milyon manatdan (194 mln. USD) 378.6 milyon manata (222.71 mln. USD) qədər dəyər qazanmışdı.

GBP/USD cütlüyü ötən ilin yanvarında 1.3713 səviyyəsində idi, hazırda isə bu 1.3000 səviyyəsinə düşüb. Bu da son qeyd edilən müddət ərzində 5.2% enişdir. İngiltərə Bankı faizləri nə qədər yüksəltməyə çalışsa da ABŞ FED-i qədər artırması real deyil və GBP/USD cütlüyündə 1.30 səviyyəsindən aşağı düşməsi analitiklər tərəfədindən daha çox proqnoz edilir.

Oxşar yazı: Dövlət Neft Fondu Londondakı biznes mərkəzindən niyə qazana bilmir?

Lakin Londondakı daşınmaz əmlak qiymətlərində 2021-ci ildəki artımlar Dövlət Neft Fondunun əmlakının dollarla ifadədə qiymətini neytrallaşdıra bilər.

31231212313123

PARİS

Avrozonanın şərqində baş verən geosiyasi gərginlik, enerji qiymətlərinin kəskin bahalaşma və bunun nəticəsində inflyasiyanın tarixi maksimua çatması vahid valyutanı çətin duruma çatdırıb. Cari ildə müharibə başlayandan avro/dollar cütlüyündə indiyə qədər 4% dəyər itirib.

Dövlət Neft Fondunun isə Avrozonanın ikinci böyük iqtisadiyyatı olan Fransa da 1 yanvar 2021-ci il tarixinə olan dəyərləndirməyə görə 376.6 milyon manatlıq, yaxud 221.53 milyon ABŞ dolları dəyərində daşınmaz əmlakı var. “SCI 8 Place Vendome” adlı bu daşınmaz əmlak 2020-ci ildə pandemiyaya rəğmən 17.1 mln. manat yeni dəyərləndirmədə qiymət qazanmışdı.

Oxşar yazı: ARDNF Parisdəki biznes mərkəzindən $4.2 mln. gəlir əldə edib

Qeyd edildiyi kimi, rəsmi məzənnəyə görə, bir avro 1 yanvar 2021-ci ildə 2.0890 manat idi. Hazırda isə EUR/AZN məzənnə 1.8495 səviyyəsinə enib.

Beləliklə yeni qiymətləndirmədə Parisdəki əmlakın qiyməti 340 manata, yaxud 200 dollara qədər ucuzlaşması mümkündür.

423423423243

MOSKVA

Dövlət Neft Fondu onsuz da Moskvada satın aldığı bu əmlak öncəki ildə dəyər dəyişməsi və valyuta ucuzlaşması nəticəsində qiyməti 91.35 mln. manatdan 69.14 mln. manata qədər düşmüşdü. Hazırda isə məlum Rusiya-Ukrayna müharibəsi və ölkənin Qərb istiqamətdə sanksiyalarla izolyasiyaya edilməsi milli valyutasını kəskin dəyər itkisinə məruz qoydu. USD/RUB cütlüyünün məzənnəsi tarixdə ilk dəfə 100 səviyyəsinin üzərini test etdi. Rusiya Mərkəzi Bankının faizləri kəskin artırmaqla 20% yüksəltməsi (hazırda 17%-ə endirilib) və valyuta satışlarına tətbiq edilən məhdudiyyətlərlə məzənnə qorundu. Lakin qeyri-müəyyənlik şəraitində rublun yenidən ucuzlaşma riskləri aktualdır.

Beləliklə, ARDNF-in Moskvanın “Gallery Actor” əmlakının yeni qiymətləndirməyə görə 60 mln. manata ( 36 mln. dollar) ucuzlaşması mümkündür.

Bu əmlak alınarkən qiymətinin 133 milyon ABŞ dolları təşkil etməsi barədə açıqlama verilmişdi.

242342343

Bildiyiniz kimi, 2020-ci ildə Milan və Seul şəhərlərindəki əmlaklarını satmışdı.

 

Son xəbərlər
Digər xəbərlər