16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan yeni səfirliklərin açılmasına bu qədər vəsait xərcləyəcək

Azərbaycanın gələn il İsrail, Albaniya və Keniyada açacağı səfirliklərinin, Fələstində açacağı nümayəndəliyinin saxlanılmasına 15.9 milyon manat yönəldilməsi planlaşdırılır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, parlamentin saxlanılması xərclərinin isə 4.1 milyon manat artırılması nəzərdə tutulub. Beləliklə, ümumilikdə 20 milyon manat əlavə xərc gözlənilir ki, bu da Naxçıvana dotasiyanın azaldılması hesabına baş tutacaq. Artıq bu məsələ muxtar respublikanın rəhbərliyi ilə razılaşdırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər