17 C
Baku
Monday, April 29, 2024

Azərbaycan zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsindən istifadə edəcək

Azərbaycan zəlzələyə davamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir.

Bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMIA) Baş katibi Şahanə Sarı Yaponiyanın “Pacific Co” Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi ilə birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məqsədlə Yaponiya şirkətinin nümayəndələri Azərbaycandadırlar: “Azərbaycanda zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsi ilə bağlı yerli şirkətlərə məlumatlar veriləcək”.

Ş.Sarı deyib ki, assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi va sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.

Korporasiyanın baş memar Yoko Şiraişi deyib ki, 1951-ci ildə təsis edilən gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, “Pacific Consultants Co. Ltd” ham yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümələǝdən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilib: “Çox sayda dəmir yolları, limanlar, hava limanları, yollar, körpülər və tunellər və s. strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisini uğurla həyata keçirilib”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər