6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana ən çox mal satan ölkələr: Bu dövlət sürətlə irəliləyir [SİYAHI]

Azərbaycan ən çox malları Rusiya, Türkiyə və Çindən alır.  Ötən ildən başlayaraq idxalda əsas ölkələr sıralamasında irəliləyən bir ölkə var – ABŞ.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan əsas on beş ticarət tərəfdaşı ilə ümumi dəyəri 3,1 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycan ən çox Rusiyadan idxal edib. Bu ölkədən sonra isə əsas idxal Türkiyə, Çin və ABŞ-dan həyata keçirilib.

Ötən ilin müvafiq dövründə siyahıda 9-cu yerdə, oktyabrda 6-cı yerdə, dekabrda 5-ci yerdə olan ABŞ 2020-ci ilin ilk 3 ayında 4-cü yerə qalxıb. Yəni yanvar-martda ABŞ Azərbaycanın ən çox mal aldığı 4-cü ölkə olub.

2019-cu ilin 3 ayında Azərbaycanın ABŞ-dan idxalı 114,428 milyon dollar ikən, təkcə bu ilin 3 ayında bu ölkədən idxal 281,860 milyon dollar təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycanın idxalında əsas ölkələrin reytinqi:

olke

Son xəbərlər
Digər xəbərlər