Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 9 min 931 ton fındıq ixrac olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin son aylıq hesabatına istinadən bildirir.
8 ayda ixrac edilən fındığın dəyəri 61 milyon dollar olub. Ötən ilin yanvar-avqust aylarında dəyəri 77 milyon dollar olmaqla 14 min 144 ton fındıq ixrac edilib.
Belə ki, fındıq ixracı miqdar ifadəsində 4 min 213 ton və yaxud 30%, dəyər ifadəsində isə 16 milyon dollar və yaxud 21% azalıb.