2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ölkələrə ixracı 12 milyard 234 milyon 24 min dollar təşkil edib. Ötən ilin eyni dövründə isə Azərbaycanın ixracı 16 milyard 821 milyon 559 min dollar olub ki, bu da illik müqayisədə ixracın 2 milyard 293 milyon 748 min dollar və yaxud 27.3% azalması deməkdir.
Banker.az Dövlət Gömrük Komitəsinin 2020-ci ilin ilk 10 ayı ərzində olan statistikasına istinadən Azərbaycana bu il məhsul satışından ən çox valyuta gətirən TOP 5 ölkəni araşdırdı.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr içərisində İtaliya birinci yerdədir. Azərbaycanın İtaliyaya ixracı 3 milyard 880 milyon 143 min dollar olub. İkinci yerdə Türkiyə dayanır ki, burdan Azərbaycana 2 milyard 319 milyon 770 min dollar valyuta daxil olub. Üçüncü yerdə olan Rusiyadan isə 565 milyon 560 min dollar valyuta əldə edilib.
Digər yerlərdə isə müvafiq olaraq 448 milyon 808 min dollar və 432 milyon 507 min dollar olmaqla Xorvatiya və Yunanistandan ölkəyə valyuta gəlib.