Azərbaycana gətirilən buğdanın həcmi azaldı, dəyəri isə artdı

2026-cı ilin yanvar-iyun ayında Azərbaycan 585 062.31 ton buğda idxal edib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 132 milyon 905 min ABŞ dolları təşkil edib.

2025-ci ilin ilk 6 ayında isə Azərbaycana 130 milyon 661 min dollar dəyərində 602 255.06 ton buğda idxal edilmişdi.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3% azalıb, dəyər baxımından isə 2% artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər