16 C
Baku
Friday, April 19, 2024

“Azərbaycana göndərilən Türkmənistan qazının həcminin artırılması önəmlidir”

İran üzərindən Azərbaycana svop edilən Türkmənistan qazının həcminin artırılması ilə əlaqədar İran və Azərbaycan arasında imzalanan memorandum qaz ticarəti baxımından əhəmiyyətlidir.

Bunu İranın Milli Neft Şirkətinin Beynəlxalq Məsələlər üzrə İdarəsinin direktor müavini Mehran Əmir Moini deyib.

M.Əmir Moininin sözlərinə görə, İran üçün gəlir gətirəcək hər bir addım, kiçik olsa belə, müsbət addımdır.

O əlavə edib ki, üç ölkə arasında qaz ticarəti digər sahələrdə də əlaqələrin möhkəmlənməsi ilə nəticələnir. Qaz svopu ilə əlaqədar əməkdaşlıq İran, Türkmənistan və Azərbaycan münasibətlərinin dirçəlişinə səbəb olub.

Şirkət rəsmisi qeyd edib ki, hazırda qaz svopu ilə əlaqədar bir çox imkanlar mövcuddur. Misal üçün Qətər qazı İran vasitəsi ilə Pakistana, Türkmənistan və ya Azərbaycanın qazı İran vasitəsi ilə Küveytə svop oluna bilər. Bu imkanlar üzərində düşünmək və onları icra etmək olar.

Qeyd edək ki, ötən il 28 noyabrda Türkmənistan paytaxtı Aşqabadda Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən ildə 1,5-2 milyard kubmetr qaz svop ediləcək. Müqavilənin icrasına 1 yanvardan başlanıb.

3 iyunda İranın neft naziri Cavad Ovci ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında təbii qaz sahəsində əməkdaşlıq üzrə memorandum imzalanıb. İran tərəfi memorandum nəticəsində İran üzərindən Azərbaycana svop edilən Türkmənistan qazının həcminin iki dəfə artırıldığını bildirib.

İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranın qaz hasilatı potensialının 1 milyard kubmetrdən çox olduğu bildirilir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər