Azərbaycana idxal olunan şokoladın qiyməti 15% üzərində artıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycan 9,089 min ton şokolad və ondan hazırlanan digər məmulat idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% azdır. Buna baxmayaraq, idxalın dəyəri 36,3 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 2,0% artım deməkdir.

Banker.az xəbər verir ki, idxal olunan şokoladın orta qiyməti bir il ərzində əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, 2026-cı ilin ilk beş ayında 1 ton şokoladın orta idxal qiyməti 3,99 min ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründəki 3,46 min ABŞ dolları ilə müqayisədə 15,5% artıb. Başqa sözlə, orta idxal qiyməti təxminən 529 dollar/ton yüksəlib.

Ən böyük tədarükçü olaraq Rusiya mövqeyini qoruyub. Bu ölkədən idxal 25,5% azalaraq 5,09 min tona düşsə də, ümumi idxalın təxminən 56%-ni təşkil edib. Rusiyadan gətirilən məhsulların dəyəri isə 18,9 milyon dollar olub.

İkinci yerdə Ukrayna qərarlaşıb. Bu ölkədən idxal 21,2% artaraq 1,08 min tona, dəyəri isə 32,9% artaraq 3,39 milyon dollara yüksəlib. Türkiyədən idxal isə 27,3% azalaraq 698 ton, dəyəri isə 29,7% azalaraq 4,43 milyon dollar təşkil edib.

Eyni zamanda, İran, Özbəkistan, Türkmənistan və Polşadan şokolad idxalında artım qeydə alınıb. Xüsusilə Polşadan idxal həcmi təxminən 4,7 dəfə, Türkmənistandan isə təxminən 3 dəfə artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər