2026-cı ilin yanvar-fevral aylarında ölkəyə 10 488 ədəd minik avtomobili, 1096 ədəd yük avtomobili, 243 ədəd avtobus idxal olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin iki ayında Azərbaycana ümumilikdə 46 milyon 728 min dollar məbləğində avtobus idxal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5.3 dəfə çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda 2.3 dəfə artım olub.







