2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana kiçik mühərriklə avtomobillərin gətirilməsi artır, böyük həcmli azalır (siyahı)

Artıq iki aydır geridə qalan 2020-ci ilin ilk yarımilliyində məlum olmuşdur ki, Azərbaycanda minik avtomobil idxalının həcmi kəskin fərqlə artıb.

Məsələn, 2020-ci ilin ilk 6 ayı ərzində 21 917 ədəd minik avtomobili gömrükdən Respublikanın ərazisinə daxil olub. Bu isə öncəki ildəki rəqəmləri 30%-ə yaxın üstələməsi anlamına gəlir.

Sual doğuran məsələ isə Azərbaycana gətirilən avtomobillərin hansılarında daha çox artım və ya hansılarda azalma baş verib. Bu barədə Banker.az AzStatKom-a istinadən xəbər verir.

2020-ci ilə say baxımından nəzər salsaq, xaricdən gətirilən avtomobillərdə əsasən kiçikhəcmli mühərrik, hibrid mühərrik və yalnız elektriklə hərəkətlənən avtomobillərin gətirilməsinə üstünlük verilib.

Ölkəmizə gətirilən minik avtomobillərdən benzin mühərrikli, həcmi 1 000 sm3-a qədər olanların sayında 93%, benzin mühərrikli,  həcmi 1 000-1 500 sm3 olanların sayında 62% və  dizel mühərrikinin həcmi 1 500-2 500 sm3 olanların sayında isə 46% artım müşahidə edilib.

Ölkəmizdə artıq iri həcmli benzin mühərriklə hərəkətlənən avtomobillərin sayında kəskin eniş müşahidə edilir. Misal üçün, 2020-ci ilin ilk yarımilliyində ölkəmizə 1 500-2 500 sm3 və 1 500-3 500 smhəcmdə olan benzin mühərrikləri müvafiq olaraq 9% və 42% idxal sayı azalıb.

Eyni hal dizel yanacağı ilə hərəkətlənən mühərrik 2 500 sm3 -dan minik avtomobillərinin də sayı 13% azalıb.

Ölkəmizdə “e-Car”ların, yəni, yalnız elektriklə çalışan minik avtomobillərinin sayında öncəki ilin analoji dövrü ilə müqayisədə 4 dəfəyə yaxın artım olub.

32123123212123123123231231
Mənbə:DSK

 

Son xəbərlər
Digər xəbərlər