2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 20 milyon 239 min dollar dəyərində 11,016 ton ət idxal edilib.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir
Müqayisə üçün qeyd edək ki, ötən ilin 3 ayı ərzində ölkəmizə 18 milyon 149 min dollar dəyərində 13 033 ton ət idxal edilmişdi.
Beləliklə, ət idxalı dəyər ifadəsində 2 milyon 89 min dollar və ya 11,5% artıb, miqdar ifadəsində isə 2,018 ton və ya 15,5% azalıb.