8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda əcnəbi işçi qüvvəsinə tələb düşüb – Azalma var

Bu il Azərbaycana işçi vizası alaraq işləyən əcnəbilərin sayı illik müqayisədə 10% azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər  verir.

2024-cü ilin birinci rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 531 nəfər olub.

Bu 2023-cü ilin müvafiq dövründə 2 813 nəfər olmuşdu.

Onlardan 48.5 faizi tikintidə, 8.2 faizi emal sənayesində, 7.5 faizi mədənçıxarma sənayesində, 7.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3.8 faizi informasiya və rabitə və 20.2 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.

2023-cü ilin birinci rübündə Azərbaycanda işləyən əcnəbilərdən 43.1 faizi tikintidə, 10.2 faizi emal sənayesində, 8.4 faizi mədənçıxarma sənayesində, 7.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5.5 faizi informasiya və rabitə, 5.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 20.0 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.

Son xəbərlər
Digər xəbərlər