9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda əhalinin gəlirləri son 5 ayda 7% artıb

2019-cu ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 22164,1 milyon manat təşkil etmiş, əhalinin hər nəfərinə orta hesabla 2244,0 manatlıq gəlir düşmüşdür.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20386,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,0 faiz çox vəsait qalmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edərək bildirir.

                          Əhalinin gəlirlərinin əsas göstəriciləri

  2019-cu ilin yanvar-may aylarında 2018-ci ilin yanvar- may aylarında  Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Əhalinin nominal gəlirləri, mlyn manat              22164,1         20747,6   106,8
Hər nəfərə, manat              2244,0         2118,4    105,9
Sərəncamda qalan gəlirlər, mlyn manat              20386,3         19060,2     107
Hər nəfərə, manat             2064         1946,1   106,1
Son xəbərlər
Digər xəbərlər