5 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda əks-kəşfiyyatçıların sosial müdafiəsi gücləndirilir

Milli Məclisin iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Layihə səsə qoyularaq qəbul edilib.

Layihədə bildirilir ki, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülsün.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər