26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda ən aşağı faizlə verilən kreditin şərtləri açıqlanıb

Azər-Türk Bank “28 May – Respublika günü” münasibətilə nağd istehlak kreditləri ilə bağlı qısamüddətli kampaniya elan edib. Xatırlayırsınızsa ötən həftə monitorinq qrupumuz Respublika günü münasibətilə bankların keçirdiyi kampaniyalar haqqında geniş məqaləni Sizlərə təqdim etmişdi. Həmin dövrdə haqqında danışacağımız kampaniyaya start verilmədiyi üçün məqalədə qeyd olunmamışdı. Lakin, bank bu kampaniyanı 14 may tarixindən aktivləşdirərək Azərbaycan bank bazarında ən aşağı faiz dərəcəsi ilə fərqlənə bilmişdir. Bank cari kampaniya çərçivəsində nəinki illik faiz dərəcəsində, hətta kreditin maksimal məbləğində və zaminlik şərtlərində də loyallıq nümayiş etdirərərək müştəriləri üçün maksimal imkanlar yaradıb. Sözü uzatmadan müvafiq kampaniyanın etibarlılıq müddəti və şərtləri ilə bağlı məlumatları Sizlərə təqdim etmək istərdik.

Kampaniyanın müddəti : 14.05.2018 – 31.05.2018

Kreditin maksimal məbləği – 20.000 AZN

Kreditin maksimal müddəti – 36 ay

İllik faiz dərəcəsi

  • Müddəti 12 ayadək olan kreditlər üzrə – 18% (bazarda təklif edilən ən aşağı faiz dərəcəsi)
  • Müddəti 13 – 24 ay olan kreditlər üzrə – 20%
  • Müddəti 25 – 36 ay olan kreditləri üzrə – 22%

Kreditin komissiyası

  • Xidmət üzrə birdəfəlik bank komissiyası – cəmi 1%
  • Sığorta komissiyası – nəzərdə tutulmayıb

Təminat (zaminlik şərtləri)

  • 10 000 AZN-dək zaminsiz.
  • 10 000 manatdan yuxarı məbləğlərdə zaminlə.

Qeyd etmək istərdik ki, kampaniyadan faydalanmaq istəyən müştərilərdən son iş yerində cəmi 3 ay staj (ümumi iş stajı 6 aydan az olmamaqla) tələbi vardır. Müştərinin rəsmi gəlirinə olan tələb isə 300 AZN təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər