21 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda ən bahalı və ən ucuz kreditin verildiyi regionlar

Azərbaycanda banklar tərəfindən verilən kreditlərin 14 milyard 321 milyon manatı Bakı şəhərinin payına düşür.

Banker.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin avqust ayının 1-nə ümumilikdə kredit portfelinin həcmi 18 milyard 487 milyon manat təşkil edib.

Bunun 14 milyard 209 milyon manatı milli valyutada, 4 milyard 278milyon manatı isə sərbəst dönərli valyutada verilib.

Statistik məlumatlara görə, kredit həcminə görə ikinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. 7 ayda bu rayona 715 milyon 447 min manat həcmində kredit qoyulub.

Gəncə-Daşkəsən iqtisadi rayonuna kredit qoyuluşu 557 milyon manat təşkil edir və bu rayon üçüncüdür. Lənkəran-Astara iqtisadi rayonuna 403 milyon manat, Mərkəzi Aran iqtisadi rayonuna 366 milyon manat kredit verilib.

Ötən ilin 7 ayında Qazax-Tovuz iqtisadi rayonuna 314 milyon manatlıq kredit qoyulub. Kredit qoyuluşlarının 310 milyon manatı Quba-Xaçmaz iqtisadi rayonuna, 304 milyon manatı Qarabağ iqtisadi rayonuna, 302 milyon manatı Şəki-Zaqatala iqtisadi rayonuna düşür.

Kreditlərin orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Mil-Muğan (19.02%) və Dağlıq Şirvan iqtisadi rayonunda (19.5%) qeydə alınıb. Ən aşağı faiz dərəcəsi 13.04% təşkil edib və bu faizlə kredit Naxçıvana verilib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər