Azərbaycanda 1 oktyabr 2023-cü il tarixinə 10 milyon 168.4 min nəfər əhali olub və ilin ilk 9 ayı ərzində 16 226 nəfəri boşanıb. Bu da o deməkdir ki, 2023-cü ilin ilk 9 ayı ərzində əhalinin hər 10 000 nəfərinə boşanma sayı 16 təşkil edir.
Banker.az olaraq Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadla ölkənin inzibati ərazi vahidləri üzrə hər 10 min nəfərə düşən boşanma sayını axtardıq. Məlum oldu ki, 22 rayon və ya şəhər respublika üzrə orta göstərici olan 16-dan yuxarıdır.
Siyahının ilk pilləsində əsasən böyük şəhərlər yerləşir. Belə ki, ölkənin əhalisinə görə üç ən iri şəhəri Bakı, Sumqayıt və Gəncə TOP10-luqda yer alır.
Hər 10 min nəfərə ən çox boşanma sayı 29 olmaqla Naftalan şəhərindədir. İkinci sirada Xocalı 25, üçüncü sırada 23 ilə Bakı dayanır.
Ən az boşanma, Sədərək rayonu (6), Yardımlı (7) və Lerik rayonlarında (7) qeydə alınıb.