Azərbaycanda ən çox və ən az iş yerləri açılan rayon və şəhərlərin adları açıqlanıb. 2019-cu ildə Respublikada cəmi 192 min iş yeri açılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK-nın göstəricilərinə əsasən, ən çox iş yeri yaradılmış şəhər Bakıdır. Belə ki, paytaxtda bu göstərici 106 557 təşkil edib. Digər ikinci ən çox iş yeri yaradılmış Bərdə rayonudur. Burada 2019-cu ildə 5 336 iş yeri yaradılıb.
Cəlilabad rayonu isə yeni yaradılmış iş yerlərinin sayı 5 253 olmaqla üçüncü yerdədir. Digər onluğa daxil olan rayon və şəhərlər: Beyləqan rayonu – 4 901, Şəmkir rayonu – 4 388, Abşeron rayonu – 3 598, Sumqayıt şəhəri – 2 984, Sabirabad rayonu – 2 971