2023-cü il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247.4 min nəfər olmuş, onların 33.3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 407.5 manat olub.
Banker.az ən çox işsiz əhalisi olan şəhərlərin, rayonların ilk 10-luğunu hazırlayıb.
Ən çox işsiz şəxs Bakı şəhərindədir – 49 800 nəfər. Ağdam rayonu üzrə 10 749 nəfər işsiz var.
Füzuli rayonunda 6 529 işsiz qeydə alınıb. Gəncə şəhərində 6 217 işsiz var. Lənkəran siyahıda beşinci yerdə qərarlaşıb – 5 797 nəfər.
Cəlilabad rayonu üzrə işsizlərin sayı 5 309 nəfərdir. Sumqayıt da ən çox işsizi olan bölgələrin siyahısındadır. Son rəsmi məlumatlara görə, bu şəhərdə 5 282 işsiz qeydiyyatdadır.
Şəmkir rayonunda 4 797 işsiz yaşayır. Kəlbəcər rayonunda qeydə alınan işsizlərin sayı 4 682 nəfərdir. Göyçay rayonunda 4625 nəfər işsiz qeydiyyata alınıb.