24 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda ən çox orta aylıq əməkhaqqı hansı rayonlardadır? (Siyahı)

1 yanvar 2020-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqıları 634,8 manata çatıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət Statistika Komitəsinin statistik göstəricilərində orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 867 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Sədərəkdir. Burada orta aylıq əməkhaqqı 554,4 manatdır.

Sumqayıt şəhəri 537,4 manat olmaqla 3-cü yerdədir. Digər onluğa daxil olan rayonlar: Gədəbəy – 535,3 manat, Şirvan şəhəri – 514,6 manat , Daşkəsən rayonu – 505,1 manat, Naxçıvan şəhəri 497 manat, Kəngərli rayonu 496,5 manat, Siyəzən rayonu -494,4 manat və Babək rayonu – 476,1 manat olub.

Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Zaqatala və Qax rayonlarında qeydə alınıb. 1 yanvar 2020-cu il tarixinə olan statistik rəqəmlərə əsasən Zaqatala rayonunda orta aylıq əməkhaqqı 331,2 manat, Ağdam rayonunda isə 332,9 manat təşkil edib. 

ORTA AYLQ

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər