14 C
Baku
Wednesday, April 24, 2024

İqtisadi rayonlar üzrə adambaşına ən çox kredit borcu olan bölgə Bakıdır

Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda ölkə üzrə adambaşına kredit borcu 1 min 290,9 manat təşkil edir.

Banker.az bu barədə AMB-yə istinad edir.

Qeyd edək ki, iqtisadi rayonlar üzrə adambaşına ən çox borcu olan bölgə paytaxt Bakıdır. Burada adambaşına düşən kreditin orta məbləği 4 645,4 manatdır. Abşeron İqtisadi Rayonunda bu məbləğ 879,9 manat, Gəncə-Qazax İR-də isə 376,2 manat təşkil edir.

Ən az borclanmış iqtisadi rayonlar isə Yuxarı Qarabağ (72,6 manat) və Dağlıq Şirvan (191,1 manat) iqtisadi rayonlarıdır.

Bakı şəhərini nəzərə almasaq qalan iqtisadi rayonlarda hər adambaşına düşən kredit borclarının orta məbləği 280 manat təşkil edir. Bu da Bakının göstəricisindən 16,6 dəfə azdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər