17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda 10 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

Bu günə qədər Azərbaycanda 10 fiziki və hüquqi şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər 40 000 manat cərimə ediləcək”, – deyə məlumatda qeyd olunub.

Bundan başqa, taksi sifarişi operatorları tərəfindən taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər isə 20 000 manat cərimələnəcək. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslərin 5 000 manat, hüquqi şəxslər 20 000 manat cərimə edilməsi nəzərdə tutulub. Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, habelə buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 300 manat cərimə nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər