13 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda 17 nəfərin 65 min manatı mənimsənildi

Astara rayon Polis İdarəsində zərərçəkənlərin sayının çoxalacağı istisna edilmir.

Astara rayonunda qeydə alınan dələduzluq hadisəsinin təfərüatları məlum olub.

Məlumata görə Şahağacı kənd sakini Ceyhun Ağadadaş oğlu Əhədov vətəndaşların etimadından sui-istifadə edərək onların adına müxtəlif banklardan ümümilikdə 65 min manat məbləğində pul götürərək ödəməyib.

Astara rayon Polis İdarəsindən verilən məlumata görə, kənd sakini İslamova Rəziyyə Əzizağa qızı Astara rayon prokurorluğuna ərizə ilə müraciət edərək Ceyhun Əhədovun onu aldadaraq Kapital banka aparıb, onun adına 2000 manat pul kredit götürməsini, sonradan isə həmin krediti ödəməməsini, ona görə də, təqaüd ala bilməməsini bildirib.

Faktı bağlı araşdırmalara başlayan Astara rayon Polis şöbəsinin əməkdaşları Ceyhun Əhədovun başqa şəxlərin də adına kredit götürdüyünü aşkar edib. ANS PRESS adına kredit götürülən şəxslərin siyahısını təqdim edir:

Ərəbova Tərifə – 2000 manat
İradə adlı şəxsdən- 10000 manat
Bahar adlı şəxsdən- 8500 manat,
Mənzər adlı şəxsdən- 3000 manat
Abbasova Tamara- 2000 manat
Əliyev Həzrətqulu-3800 dollar
Əliyeva Gülbəyim- 3800 dollar
Heydərova Xanımnisa- 1700 manat
Məmmədova Sərfinaz- 2000 manat
Əliyeva Ruhəngiz- 19000 dollar
Məlikova Arzu- 3800 dollar
Əsədullayeva Xəyalə- 3800 dollar

Ceyhun Əhədovun aldatdığı şəxslər arasında həmçinin Astara sakinləri İbrahimova İlahə, Səfərova Minayə, Rəhimov Rafiq, Əliyev Zəka və Əkbərova Yasəmən var.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq araşdırılması aparılır. Təqsirləndirilən şəxs qismində Ceyhun Əhədov cəlb edilərək onun barəsində Astara rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Astara rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Həsənov Samir Vidadi oğlu tərəfindən araşdırma aparılır.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər