2020-ci ildən etibarən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir. Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.
“Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir”, – deyə sənəddə qeyd edilib.