Azərbaycanda hava yolu ilə karqo yük təyyarələri ilə 397.2 min ton yük daşınıb ki, bu da 2024-cü ildəki 418.8 min tonla müqayisədə 5.2% azdır.
Banker.az xəbər verir ki, beynəlxalq yükdaşımalar 392.4 min ton təşkil edərkən, daxili daşımalar isə 4.8 min ton olub. Öncəki ilin eyni dövründə müvafiq olaraq bu rəqəm 413.1 min və 5.7 min ton idi.
Yük daşımalarından əldə olunan gəlirlər azalıb. 2025-ci ildə bu istiqamətdə 2.4 mlrd. manat gəlir əldə olunub, 2024-cü ildə isə 2.66 mlrd. manat idi. Beynəlxalq yükdaşımalar üzrə gəlirlər 2.40 mlrd. manat təşkil edib.
Poçt daşımalarında isə kəskin artım qeydə alınıb — 1 406.5 ton, bu da illik müqayisədə təxminən 2.4 dəfə çoxdur.







