Azərbaycanda səhmdar cəmiyyət yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, “Gülay” Açıq Səhmdar Cəmiyyəti özünün ayrılma qaydasında yenidən təşkili ilə bağlı məlumat verərək bildirir ki, “GÜLAY”ASC-nin bütün kreditorları 1 ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 31 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Gülay” ASC 1999-cu ildə Bakıda dövlət qeydiyyatına alınıb. Bu ASC-nin nizamnamə kapitalı 187 326 manatdır və qanuni təmsilçisi Həsən Rzayevdir.