7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda COVID-19-a yoluxanların sayı 1000-dən aşağı düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3 048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Banker.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.

Son xəbərlər
Digər xəbərlər