Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə 3 fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.
Banker.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Lisenziyaları “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən attestasiyadan müvəffəqiyyətlə keçmiş Nadir Vüqar oğlu Xəlilov, Samir Binnət oğlu Göyüşov və Vahid Rüstəmbəy oğlu Əliyev alıb.