13 C
Baku
Friday, May 17, 2024

Azərbaycanda 9 ayda yol təsərrüfatına dəymiş ziyanın məbləği açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 456 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 533.8 min manat ziyan dəyib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, bunun 326.95 min manatı ödənilib, qalan hissəsinin ödənilməsi məqsədilə, 395 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 11 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 50 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər