15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda 92 oktanlı benzinin idxal gömrük rüsumu və vergi “sıfır”a endirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Baş nazir Novruz Məmmədov sənəd imzalayıb.

Banker.az bu barədə NK-nin rəsmi açıqlamasına istinadla məlumat verir.

Məlumatda deyilir ki, qeyd edilən qərar ilə təsdiq edilmiş “A. R-nın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “2710 12 413 0” və “2710 12 510 1” alt yarım-mövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.

Bildirək ki, bu nameklaturadakı 1-ci rəqəm 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə), və 2-ci isə rəqəm isə 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) olan mühərrik benzinlərinin rəqəmlərini ifadı edir.

Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

Bundan əlavə, NK-nin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “A.R-nın ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə digər sənəd imzalanıb.

Həmin sənəddə deyilir ki, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə olanlar bundan sonra aksız vergisi 1 ton üçün 200 manat deyil, 0,1 manat olacaqdır.

Son xəbərlər
Digər xəbərlər