Azərbaycanda aksiz vergisi üzrə proqnoz 19%-ə yaxın artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 840,7 milyon manatının və yaxud 4,8%-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,5% çoxdur.

Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 655,7 milyon manatını və yaxud 89,95%-ni İqtiisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 185 milyon manatını və yaxud 10,05%-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 21% çox və eynidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər