-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb

Azərbaycandakı ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində bildirib.

Nazir deyib: “Ali təhsil müəssisələrimizin reytinqlərdə geri olmasının bir neçə səbəbi var. Bir səbəbi də məhz bundan ibarətdir ki, ali təhsil müəssisələrində müəyyən elmi-tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil, biz elmi tədqiqat potensialımızı müxtəlif qurumlara parçalayıb fəaliyyət göstəririk”.

“Bu baxımdan qarşılıqlı əməkdaşlıq olduqca vacibdir. Mən əminəm ki, ali təhsil müəssisələri elmi tədqiqat institutlarından, elmi təşkilatlardan çox şey öyrənə bilər, çünki Azərbaycanın, həqiqətən də, fundamental elmlər sahəsindəki tədqiqat təcrübəsi məhz bu institutlardadır. Ona görə də uzun illər ərzində bu sahədən bir çox alimlərimiz Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərirlər. Bu bizim ali təhsil müəssisələrimizə çox ciddi töhfə vermiş olacaq. Yəni həmin insanların auditoriyalarda olması, həmin ali təhsil müəssisələrindəki imkanlardan faydalanması və s.”, – nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər