10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda apteklərin satışları sürətlə artır – 851 milyonluq gəlir

2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 851.2 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 31.2% artıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38327.5 milyon manatlıq, o cümlədən 20751.2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17576.3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Son xəbərlər
Digər xəbərlər