6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda aqrar sığorta predmetinin tərkibi müəyyənləşib

Nazirlər Kabineti “Aqrar sığorta predmetinin Tərkibi”ni təsdiqləyib.

Banker.az-ın məlumatına görə, bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qərara əsasən, aqrar sığortanın predmetinə aşağıdakılar daxildir:

kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə:

– buğda;

– arpa;

– qarğıdalı;

– kartof

– şəkər çuğunduru;

– portağal;

– limon;

– naringi;

– çay;

– çəltik;

– tütün;

– üzüm;

– fındıq;

– pambıq;

kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə:

– 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar;

– akvakultura məhsulu üzrə:

– balıqlar.

Hər il üçün sığorta məhsulları bu siyahınıda göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15- dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.

Son xəbərlər
Digər xəbərlər