Azərbaycanda POS-terminalların sayı 2022-ci ilin avqust ayında iyul ayının sonu ilə müqayisədə 2 165 ədəd artaraq 72 828 ədədə çatıb. İyul ayının sonunda POS-terminalların sayı 70 663 ədəd olmuşdur.
Banker.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin 8 ayı ərzində POS terminalların sayı 11 892 ədəd artıb.
POS-terminalların 71 306 ədədi pərakəndə ticarət obyektlərində quraşdırılıb.
POS-terminalların 48 940 ədədi Bakıdakı, 23 888 ədədi regionlardakı obyektlərdədir. POS terminalların sayı avqust ayında Bakıda 1 566 ədəd, regionlarda isə 599 ədəd artıb.
Qeyd edək ki, bankların ticarət və xidmət obyektlərində POS-terminallarının sayı 2015-ci ilin dekabr ayında 80 min 301 ədəd çatmış, sonra isə azalmışdır.