2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınmasında artım qeydə alınıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, metro, avtobus və taksi xidmətlərindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə çoxalıb.
Avtomobil nəqliyyatı ilə ümumi sərnişin daşınması 9% artaraq 633 milyon 116.8 min nəfərə çatıb.
Avtobusla daşınan sərnişin sayı 8.9% artıb. Hesabat dövründə avtobuslarla 606 milyon 123 min sərnişin daşınıb.
Sərnişinlərin taksilərə üstünlük vermə faizi də yüksəlib. Bu sahədə sərnişin daşınması 6% artaraq 26 milyon 993.8 min nəfər təşkil edib.
Metro ilə daşınan sərnişinlərin sayı 0.9% artımla 74 milyon 18.3 min nəfərə yüksəlib.






