12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda bələdiyyə ödənişləri gələn il onlayn rejimdə mümkün olacaq

Azərbaycanın özünü idarəetmə orqanları (bələdiyyələr) yaxın 6 ay ərzində dövlət ödəniş portalının kütləvi ödənişlər üzrə (Automated payment utility service – APUS) mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq.

Bunu Məlumat Hesablama Mərkəzinin təşkil etdiyi brifinqdə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablamaları üzrə departamentinin direktor müavini Vahid Qurbanlı deyib.

Onun sözlərinə görə, bələdiyyələrin dövlət ödəniş portalına qoşulması üçün onlara texniki hazırlıq lazımdır, yəni informasiya sistemləri formalaşdırıldıqdan sonra onlar ödənişləri onlayn-rejimdə qəbul etməyə hazır olacaqlar.

Faktxeber.com

Son xəbərlər
Digər xəbərlər