Bank işçilərinin sayı artmaqda davam edir – 1,984 nəfər artıb

Azərbaycanda 2020-ci ilin yanvar ayında bank işçilərinin sayı 19 572 nəfər olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-cu ilin yanvar ayında isə bank sektorunda çalışan işçilərin sayı isə 17 588 nəfər olub. Belə ki, illik müqayisədə bank işçilərinin sayı 1 984 nəfər və yaxud 11,3% artıb.

Bildirək ki, 2019-cu ilin dekabrında isə bank sektorunda çalışan işçilərin sayı 19 460 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə cari ilin yanvarında 112 nəfərin artması deməkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər