Azərbaycanda bank işçilərinin sayı 2019-cu il avqustun 1-nə 18,434 nəfər təşkil edib. Ötən ilin müvafiq dövründə isə 16,875 nəfər olub. Belə ki, illik müqayisədə bu il bank işçilərinin sayı 9% və yaxud 1,559 nəfər artıb.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Ötən ay isə bank işçilərinin sayı 18,288 nəfər olub. Aylıq müqayisədə bu ay işçilərin sayı 146 nəfər artıb.